Kot d'İvuar rəhbərliyi Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir
- 3-01-2025, 09:51
- 369
Televiziya ilə xalqa müraciətində Uattara bildirib ki, xalq öz ordusunun modernləşdirilməsindən qürur duymalıdır.
“Bu kontekstdə biz, fransız kontingentinin ölkədən koordinasiyalı şəkildə çıxarılmasına qərar verdik” – deyə prezident vurğulayıb.
Qeyd edək ki, noyabrda Qərb mediası Fransanın bu ölkədəki hərbçi sayını 2200-dən 600-ə endirəcəyi barədə məlumat yayıb.
“Euronews” kanalının məlumatına görə, Fransa Afrikadakı hərbi mövcudluğunun 70 faizini itirib. Mali, Niger və Burkina-Fasodakı fransız qoşunları bütünlüklə çıxarılıb. Paris ən böyük kontingenti Cibutidə (1500 hərbçi) və Qabonda (350) saxlamağı düşünür.