“Haber Global”: Türkiyə-Suriya sərhədində qələbəlik yaşanır

Dünya

 
Türkiyə ilə Suriya arasındakı Cilvegözü sərhəd keçid məntəqəsində qələbəlik yaşanır.

Məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, Bəşşar Əsəd rejimi süquta uğrayandan sonra Türkiyədəki suriyalı köçkünlər Suriyaya qayıtmağa başlayıb.

Qeyd edək ki, dekabrın 8-də Suriyadakı rejimin başçısı Bəşşar Əsəd istefa verib.