Bəşər Əsədin hakimiyyəti başa çatdı
- 8-12-2024, 10:00
- 403
Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.
“Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin 24 illik avtoritar hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib” - üsyançıların bəyanatında deyilir.
“Əl-Cəzirə”nin müxaliflərə istinadla verdiyi məlumata görə, üsyançılar Dəməşqdə ictimai radio və televiziya binasını ələ keçiriblər.
Baş nazir Məhəmməd Qazi əl-Cəlali isə xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, “Reuters” və CNN də prezident Əsədin Suriyanı tərk etməsindən yazır.