KİV: İranın İsrailə mümkün hücumu zamanı hədəf alınacaq dörd hərbi obyektinin adı açıqlanıb
- 1-11-2024, 16:34
- 334
Bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasına məxsus teleqram kanalı yayıb.
Məlumata görə, İsrailin həmin dörd obyekt əsas silah istehsalçılarıdır:
- “İsrael Aerospace Industries” (IAI) - Mülki təyyarələr, dronlar, döyüş təyyarələri, raketlər, avionika və peyk sistemləri hazırlayır, istehsal edir və onlara xidmət göstərir;
- “Elbit Systems” sistemləri - Komanda, nəzarət, rabitə, kəşfiyyat, müşahidə və kəşfiyyat (C4ISR) əməliyyatları üçün hərbi texnologiyalar;
- “Rafael Advanced Defense Systems” - Məşhur “Dəmir Günbəz” sistemi kimi müdafiə sistemlərini hazırlayır;
- “IMI Systems” - Tanklar, zirehli maşınlar və döyüş sursatları daxil olmaqla geniş çeşiddə hərbi texnika istehsal edir.
Bildirilib ki, bu obyektlərə zərbə İsrailin müdafiə və istehsal imkanlarını xeyli zəiflədə bilər.