“Hizbullah” da Nəsrullahın ölümünü təsdiqlədi
- 28-09-2024, 18:37
- 518
Bu haqda “Hizbullah” bəyanat yayıb.
Açıqlamada qeyd olunub ki, qruplaşma İsrailə qarşı mübarizəni davam etdirəcək.
Xatırladaq ki, bundan öncə İsrail Müdafiə Nazirliyi “Hizbullah” lideri Həsən Nəsurullahın sentyabrın 27-si Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü təsdiqləmişdi.
Qeyd edək ki, “Hizbullah” hərəkatının liderinin qızı Zeynəb Nəsrullah da Beyrutun cənubunda İsrailin hava hücumu nəticəsində ölüb.