Şoyqu Ukrayna ilə danışıqların şərtini açıqladı

Dünya

 “Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq”.

Bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib. 

“Ukrayna Silahlı Qüvvələrini ərazimizdən çıxarmayana qədər təbii olaraq onlarla heç bir danışıqlar aparmayacağıq”, - deyə Şoyqu qeyd edib.