"Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırıq" - Paşinyan
- 31-08-2024, 18:00
- 713
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.
"Ermənistan nəinki təxribat törətmir, hətta kommunikasiyaların açılmasına hər cür dəstək verir və eləcə də "Dünyanın kəsişməsi" layihəsini də təqdim edib. Biz Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya yollarını təqdim etməyə hazırıq, lakin aydındır ki, bu, ancaq ölkəmizin suverenliyi daxilində olmalıdır", - deyə Paşinyan bildirib.