Ukrayna Kurskdakı körpünü HİMARS-la vurdu
- 17-08-2024, 11:45
- 365
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında yazıb.
“İlk dəfə Kursk bölgəsi Qərb istehsalı olan raket buraxılış sistemləri, ehtimal ki, ABŞ-ın HİMARS raketləri ilə vurulub. Hücum nəticəsində Qluşkovo rayonunda Seym çayı üzərindəki körpü tamamilə dağılıb. Təxliyə edilən mülki əhaliyə yardım edən könüllülər həlak olub”, - Zaxarova bildirib.