Qərbi Afrikada daşqınlar nəticəsində 70-dən çox adam ölüb
- 14-08-2024, 18:33
- 549
Bu barədə "Tchadinfos" portalı BMT-nin məlumatlarına istinadən bildirir.
"Təbii fəlakət 700 mindən çox insana təsir edib, 72 nəfər ölüb, daha 699 nəfər xəsarət alıb. 62 min yaşayış binası dağılıb. Söhbət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo, Çaddan gedir", - məlumatda deyilir.
Məlumata görə, daşqınlardan ən çox Çad zərər çəkib - orada təbii fəlakət 240 mindən çox insana ziyan vurub.