Özbəkistanda İqlim Şurası yaradılır
- 3-08-2024, 14:21
- 416
Prezident Şavkat Mirziyoyev bununla bağlı müvafiq fərman imzalayıb.
Şura iqlim dəyişikliyinin səbəb olduğu fəsadların yumşaldılması və onlara uyğunlaşma məsələləri üzrə ali məşvərət orqanı olacaq.
Şuranın əsas vəzifələri Özbəkistanın BMT-nin İqlim Dəyişmələri üzrə 1992-ci il tarixli Çərçivə Konvensiyası və 2015-ci il tarixli Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməsinin monitorinqindən ibarət olacaq.