Ermənistanda ABŞ ilə birgə təlimlər başladı
- 15-07-2024, 17:37
- 651
Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi öz teleqram kanalında paylaşıb.
Təlimlərin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan, ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn və digər rəsmi şəxslər iştirak edib.
Qeyd olunub ki, iyulun 24-nə qədər davam edəcək təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, eləcə də ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.