NATO Ukrayna hava məkanında Rusiya təyyarələrini vurmayacaq
- 15-07-2024, 08:46
- 509
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın “TSN” telekanalında deyib.
“NATO-nun siyasəti dəyişməz olaraq qalır - biz bu münaqişədə iştirak etməyəcəyik. Biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO bunda birbaşa iştirak etməyəcək”, - Stoltenberq bildirib.
NATO-nun baş katibi onu da vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcək.