Türkiyədə sərnişin avtobusu aşıb, 11 nəfər yaralanıb
- 1-07-2024, 09:30
- 432
Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb.
Hadisə Afyonkarahisar-Uşak yolunda baş verib.
Qəza nəticəsində 11 nəfər yaralanıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.