Hindistanın baş naziri Qazaxıstandakı görüşə qatılmayacaq
- 23-06-2024, 15:00
- 474
Bu barədə yerli “The Hindu” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, baş nazir Hindistan parlamentinin qarşıdan gələn sessiyası ilə əlaqədar xarici həmkarları ilə görüşü buraxmalı olub. Sessiya iyunun 24-dən iyulun 3-dək davam edəcək və aprelin 19-dan iyunun 1-dək ölkədə keçirilən ümumi deputat seçkilərindən sonra ilk rəsmi tədbir olacaq.
Jurnalistlərin məlumatına görə, Hindistan prezidenti Draupadi Murmu sessiya zamanı parlamentin hər iki palatasında çıxış edəcək. Eyni zamanda, iyulun 2-dən iyulun 4-dək qanunverici orqanda Modinin iştirakı da daxil olmaqla, “Dövlət başçısına minnətdarlıq bildirmək haqqında” xüsusi prosedur keçiriləcək.