Makron istefa verə bilər
- 11-06-2024, 12:02
- 463
Bu barədə "Europe 1" Makrona yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa prezidenti və onun ətrafı bu variantı ciddi şəkildə müzakirə edir ki, öz partiyasının seçkilərdə şanslarını “dramatizasiya” yolu ilə artırsın və “cəsarətli qərar qəbul etdiyini göstərsin”.
“Prezidentin istefası tabu deyil, bu gün biz bütün ssenariləri təmin etməliyik”, - prezidentə yaxın adamlardan biri deyir.
İstefa versə, Makron ikinci müddəti olduğu üçün yenidən prezidentliyə namizəd ola bilməyəcək. Prezidentə yaxın mənbələrə görə, istefa “ən yaxşı seçim deyil”.