Husilər hərbi gəmimizi atəşə tutub - ABŞ
- 2-06-2024, 10:40
- 594
Xalqxeber.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə bildirib.
“Saat 19:00-dan 23:30-a qədər CENTCOM qüvvələri Qırmızı dənizin cənubunda iki gəmi əleyhinə ballistik raketi uğurla vurub. Raketlər “USS Gravely”yə doğru atılıb və özünümüdafiə məqsədilə məhv edilib”, – məlumatda deyilir.
Bundan əvvəl “Al Masirah” telekanalı üsyançıların Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısına son sutkada iki dəfə hücum etdiyini bildirib.