Rusiya XİN: Moskva Bakı ilə Tehran arasında münasibətlərin normallaşmasını alqışlayır
- 23-05-2024, 16:28
- 535
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, ölkələr arasında münasibətlərin yaxşılaşması Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək: “Təbii ki, biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Bu məntiq, xüsusən də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə işimizdə öz əksini tapıb”.
M.Zaxarova bildirib ki, Moskva Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbaycan-İran dialoq formatı çərçivəsində, eləcə də “3+3” (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan) regional platforması vasitəsilə sıx əməkdaşlığı davam etdirməyə sadiqdir: “Bu ölkələr əmindir ki, regional oyunçular kənar müdaxilə olmadan mövcud çağırış və problemlərin həlli yollarını özləri axtarmalıdırlar”.