İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib
- 20-05-2024, 09:05
- 225
Müvafiq bəyanat İran Xarici İşlər Nazirliyinin teleqram kanalında yayılıb.
"İslam Respublikası bir çox hökumətlərə, ölkələrə və beynəlxalq təşkilatlara İran hökuməti və xalqı ilə həmrəylik duyğularını ifadə etdiklərinə və axtarış-xilasetmə əməliyyatında yardım və kömək təklif etdiklərinə görə təşəkkür edir", - paylaşımda bildirilir.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.