Monqolustan prezidenti ofşorlarda pulu olanlara 49 gün vaxt verdi
- 27-07-2017, 11:08
- 114 334
Məlumata görə, Monqolustanın 49 vətəndaşının ofşorlarda hesabı var. Onların arasında kriminal pulların “yuyulmasında”, korrupsiyada və fırıldaqçılıqda şübhəli olan dövlət qulluqçuları, siyasətçilər və onlarla əlaqədə olan dairələr var.
Monqolustan prezidenti onlara iyulun 24-dən başlayaraq 49 gün ərzində pulları Monqolustanın Mərkəzi Bankı olan “MonqolBank”a köçürməyə çağırıb. Əgər qeyd olunan şəxslər çağırışa səs verməsə, onların hesabları barədə məlumatların açılması və ölkənin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacağı mümkündür.