Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
- 17-04-2024, 19:05
- 335
Bunu Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel deyib.
“Gürcü xalqı Avropa yolunu seçdi, buna cavab olaraq da keçən ilin dekabrında Avropa Şurası Gürcüstana namizəd statusu verdi. Açıq deyim, qanun layihəsi Gürcüstanı Avropa Birliyindən daha da uzaqlaşdıracaq”, - Mişel bildirib.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti “Xarici agentlərlə bağlı” qanun layihəsini birinci oxunuşda qəbul edib.