İrandan ABŞ-yə xəbərdarlıq

Dünya

İran ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, Amerika bazaları hərbi hədəfə çevriləcək.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri deyib.

“Biz İsveçrə səfirliyi vasitəsilə ABŞ-yə məlumat vermişik ki, Amerika bazaları sionist rejimin gələcək təcavüzkar hərəkətlərində istifadə olunarsa, hərbi hədəfə çevriləcək. Biz bunu təcavüz kimi qiymətləndirib, ona uyğun cavab verəcəyik”, - deyə hərbçi bildirib.