Partiyanın ləğvində heç bir siyasi motiv yoxdur - Ədliyyə naziri
- 9-04-2024, 18:13
- 435
Bunu Gürcüstan ədliyyə naziri Rati Breqadze bildirib.
"Xəta baş verib və qeydiyyat ləğv edilib. Əgər siyasi partiya səhv edibsə, onun düzəldilməsinə diqqət yetirməli və məsuliyyəti öz üzərinə götürməlidir", - o qeyd edib.
Parlament çoxluğunun lideri Mamuka Mdinaradze isə öz növbəsində ifrat sağçı fikirlərə sadiq qalan və Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan hərəkatla hansısa razılaşmanın olması barədə şayiələri təkzib edib: “Müvafiq idarələrin qəbul etdiyi qərar hüquqi arqumentlərə əsaslanır".
Eyni zamanda, ictimai müdafiəçi Levan İoseliani partiyanın qeydiyyatının ləğvi ilə bağlı qərarı araşdıracağını bildirib.