İran bu ölkələri Xəzərə buraxmaq istəmir
- 29-03-2024, 10:50
- 449
O, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı bildirib.
Abdullahian üçüncü Xəzər İqtisadi Forumunun “Xəzər beşliyi” ölkələri – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində keçirilməsi təklifi ilə də çıxış edib. Bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib.
O, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla danışıqlar aparıb:
“Enerji, tranzit, nəqliyyat, elm və texnologiya sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik, ölkələr arasında ticarətin həcmi artır və onun gələcəkdə sürətli artımını gözləyirik”.