Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
- 25-03-2024, 14:07
- 531
Bu barədə “Sky News” məlumat yayıb.
Bildirilib ki, “Şahed” pilotsuz uçuş aparatları Krımdan buraxılıb, Nikolayev və Odessa vilayətləri üzərində isə vurulub.
Məlumata əsasən, Nikolayevdə vurulan dron qalıqlarının evlərə düşməsi nəticəsində 11 nəfər xəsarət alıb.
Odessada da yüksək gərginlikli stansiya zədələndiyindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.