Ərdoğandan Moskvadakı terrora reaksiya...

Dünya

Terror kimdən gəlirsə-gəlsin, törədən kim olursa-olsun, qəbuledilməzdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva vilayətindəki terakt barədə danışarkən deyib.

“Terrorun qanlı, xain üzünü çox yaxşı bilir, biz rus xalqının kədərini bölüşürük", - Ərdoğan vurğulayıb.

O, baş vermiş terror aktı ilə əlaqədar Rusiya hökumətinə başsağlığı verib və hücumu qınayıb.

Qeyd edək ki, ötən gün "Krokus Siti Holl"da baş verən teraktda, son məlumata görə, 143 nəfər ölüb, 100-dən çox yaralı var.