Paşinyan Moskvaya səfər edə bilər

Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir.

Bu barədə məlumatı öz mənbələrinə istinadən Ermənistanın “Hraparak” qəzeti yayıb. 

Belə ki, Paşinyanın Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10-cu ildönümü ilə bağlı yubiley sammitində iştirakı planlaşdırılır. 

Mənbələrin sözlərinə görə, baş nazirin Moskvaya səfəri bir neçə saat davam edəcək. 

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yubiley sammiti mayın 8-i keçiriləcək.