Zurabişvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik ETDİ

Dünya

Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.

Prezident “Facebook" paylaşımında Novruz bayramının azərbaycanlılar üçün firavanlıq gətirməsini dilədiyini qeyd edib.

"Mən azərbaycanlı həmvətənlərimizin Novruz bayramını təbrik edirəm. Qoy təbiətin yenilənməsinin qeyd edildiyi bu gözəl bahar bayramı sizin həyatınıza xoşbəxtlik və firavanlıq gətirsin", - Zurabişvili qeyd edib.