NATO qoşunları Ukraynaya girsə, III Dünya müharibəsi başlayacaq - Nazir

Dünya

 
NATO qoşunları Ukraynaya daxil olarsa, üçüncü dünya müharibəsi riski yarana bilər.

Bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani RAI telekanalına deyib.

“Biz Ukraynanın beynəlxalq hüquq və azadlığını qoruyuruq, lakin Rusiya ilə müharibə aparmırıq, Kiyevə hər cür hərbi, iqtisadi və texniki vasitələr veririk, amma müharibəyə girmək, fikrimcə, yanlışdır və bütün italyanlar və sağlam düşüncəli insanlar bunu istəyir", - nazir deyib.


İtaliyanın xarici işlər naziri Qərb ölkələrinin Qırmızı dəniz və digər bölgələrdəki hərəkətləri barədə müsbət fikirlər səsləndirib.

“Hərbçilərimiz Qırmızı dənizdə etdiklərini yaxşı görür, gəmilərimizi qoruyur, Livanda, Afrikada və İraqda yaxşı işlər görürlər, sülh və azadlığın daşıyıcılarıdır, biz Rusiya ilə müharibə aparmırıq”, - o əlavə edib.