Meksika keçmiş vitse-prezidenti Ekvadora ekstradisiya etməkdən imtina edib
- 3-03-2024, 17:00
- 336
Bunu Meksikanın xarici işlər naziri Alisiya Barsena deyib.
“Bunu etmək olmaz, çünki bu, səfirliyimizin diplomatik toxunulmazlığını pozacaq. Biz Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın sığınacaq tələbini təhlil edirik”, - deyə Barsena vurğulayıb.
Onun sözlərinə görə, Meksika sığınacaq axtaranlar üçün həmişə çox qonaqpərvər ölkə olub. Xüsusən də onlar siyasi təqiblərdən qaçarkən, ölkə həmin şəxslərə qucaq açıb.
Mənbə: TASS