Haitidə qalmaqal - Yüzlərlə məhbusu azad edildi

Dünya

Silahlı qrupların üzvləri Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azad ediblər.

Bu barədə yerli “Gazette Haiti” xəbər portalı məlumat yayıb.

Hücum Keniyada silahlı qruplarla mübarizə aparmaq üçün Haitiyə sülhməramlı kontingent göndərmək barədə razılığa gələn baş nazir Ariel Henrinin ölkədə olmadığı vaxt baş verib.

Portalın məlumatına görə, məhbuslar buraxıldıqdan sonra həbsxana nəzarətçiləri azadlığa buraxılıb.