"Rusiyaya qarşı sanksiyalar səmərəsizdir" - Litva Prezidenti
- 18-02-2024, 12:20
- 479
Bu barədə Münxen Təhlükəsizlik Konfransında Litva Prezidenti Gitanas Nauseda deyib.
"Etiraf etməliyik ki, bütün bu sanksiyalar paketləri Rusiya iqtisadiyyatına çox məhdud təsir edib", deyə o bildirib.
Buna sübut kimi o, Rusiya Federasiyasının makroiqtisadi göstəricilərini göstərib.
Sanksiya təzyiqinin gücsüzlüyünün səbəbləri arasında Nauseda Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərdən yan keçmək imkanlarını qeyd edib.