Tramp milyonlarla miqrantı ölkədən çıxaracaq - "Axios"
- 12-02-2024, 19:15
- 422
Bu barədə "Axios" nəşri adı açıqlanmayan mənbəyə istinadən məlumat verib.
Məlumata görə, Donald Tramp deportasiya planının həyata keçirməsinə həm federal, həm də yerli hüquq-mühafizə orqanlarının, o cümlədən İmmiqrasiya Xidmətinin, Federal Təhqiqatlar Bürosunun, Narkotiklərlə Mübarizə İdarəsinin və prokurorluğun nümayəndələrini cəlb etmək istəyir.
Bu proses ABŞ-ın immiqrasiya qanununun mübahisəli maddələri, o cümlədən 1930-cu illərdə meksikalıları zorla repatriasiya etməyə icazə verən müddəalar əsasında həyata keçiriləcək. Beləliklə, ABŞ-da yaşayan 4 milyona yaxın meksikalı, həmçinin ölkəyə qeyri-qanuni yollarla daxil olan təxminən 2,2 milyon Mərkəzi Amerika vətəndaşı deportasiya oluna bilər.