Rusiya Avropa İttifaqını ciddi qəbul etmir - Orban
- 11-02-2024, 12:00
- 237
Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Bu, güvən məsələsi deyil, bizim problemimiz güc çatışmazlığıdır. Biz avropalılar o qədər güclü deyilik ki, rusiyalılar bizi ciddi qəbul etsinlər. Bu, hakimiyyət ətrafında bir oyundur”, - Orban deyib.
Onun sözlərinə görə, Aİ daha inamlı mövqe tutmalı, güc nümayiş etdirməli və hər iki tərəfin maraqlarını başa düşməyə qadir olduğunu sübut etməlidir:
“Yalnız bundan sonra hansısa razılaşma axtarışı mərhələsinə keçmək mümkün olacaq”.