Ukrayna və Litva birgə PUA istehsal etməyi planlaşdırır
- 27-01-2024, 17:48
- 487
Bu barədə Ukrayna xarici işlər naziri Dmitro Kuleba Kiyevdə litvalı həmkarı Qabrielus Landsberqis ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Litva lazımi texnologiyaya malikdir: “Bizim istehsalı genişləndirmək imkanımız var. Bu, müzakirəmizin əsas mövzusu idi”.
Nazir qeyd edib ki, Ukrayna-Litva əməkdaşlığının ən qısa vaxtda maksimum nəticə verməsi üçün işlər görülür.