Qəzzada ölən fələstinli jurnalistlərin sayı 100-ə çatdı
- 24-12-2023, 17:00
- 529
Oktyabrın 7-də Qəzzada başlayan hərbi münaqişədən bəri ölən fələstinli jurnalistlərin sayı 100-ə çatıb.
Bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
“Ən son qurban isə ötən gün İsrailin Qəzzanın şərqinə endirdiyi hava hücumu zamanı öldürülən fələstinli jurnalist Məhəmməd Əbu Hveydi olub”, - telekanal bildirib.