Son dəqiqə! Bakıda GÜCLÜ YANĞIN - VİDEO

Son dəqiqə! Bakıda GÜCLÜ YANĞIN - VİDEO  
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. 

Bu barədə  FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Bakının Xətai rayonunda, NZS adlanan ərazidə yanğın baş verir. 

Əraziyə yanğınsöndürən maşınlar cəlb edilib. 

Yanğının boş ərazidə baş verdiyi bildirilir. 
Geri qayıt