Sürücülərin həyatını təhlükəyə atan avtobus sürücüsü - VİDEO

Sürücülərin həyatını təhlükəyə atan avtobus sürücüsü - VİDEO  
Bakıda avtobus sürücüsü sükan arxasında telefonla danışıb. Yəni iş başında, sərnişin daşıyarkən bu qayda pozuntusuna yol verib. Bununla o, eyni anda bir neçə sərnişinin həyatını təhlükəyə atıb.

Sərnişin daşıyan marşrut avtobusunun sürücüsü telefonla danışır.

O, digər avtobus sürücüsü ilə intervalı müzakirə edir.

Bu görüntülər paytaxtda metronun "Həzi Aslanov" stansiyasından, Yeni Suraxanıya sərnişin daşıyan 104 saylı avtobusda sərnişinlərdən biri tərəfindən lentə alınıb.

Xəzər TV-nin votsapp nömrəsinə göndərilən videoda, sürücünün həm də siqaret çəkdiyi aydın görünür.

Sərnişinlərin həyatlarını risk altına atan sürücünün bu hərəkəti birmənalı qarşılanmayıb. Elə onun həmkarları da bu hərəkəti qınayıblar.

Məsələ ilə bağlı həmin marşrut xəttinin avtodəstə rəisi Ramiz Şəkərovla əlaqə saxladıq. O bildirdi ki, videomaterialdan məlumatlıdırlar. Yaxın günlərdə həmin sürücü haqqında cəza tədbiri görüləcək

Ramiz Şəkərov onu da bildirdi ki, əgər növbəti dəfə bu hərəkət təkrarlansa, sürücü ilə bağlanan əmək müqaviləsinə xitam da verilə bilər.

Həmin görüntülərlə bağlı videomaterialı izləyək:

[media=https://youtu.be/PebnCCTWChQ]


Geri qayıt