"Maşınları saxlayın, piyada gəzin" - Kəndlilərlə turistlər arasında anlaşılmazlıq (VİDEO)

"Maşınları saxlayın, piyada gəzin" - Kəndlilərlə turistlər arasında anlaşılmazlıq (VİDEO)  
Ötən gün Qəbələnin Laza kəndində yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Laza kənd icra nümayəndəsi Nazim Cənnətəliyev kənd sakinləri ilə turistlər arasında heç bir münaqişənin yaranmadığını bildirib:

"Onlar yerli turistlər olublar. Turistlər kəndə buraxılıb, sadəcə yerli sakinlər maşınların kəndə daxil olmasına etiraz ediblər. Kəndin yolu olduqca dar olduğundan turistlərdən avtomobilləri kəndin girişində saxlayıb piyada gəzməyi tələb ediblər. Həmin yola eyni anda bir neçə maşın girəndə tıxac yaranır. Bu da kənd sakinləri üçün narahatlıq yaradır", - deyə o əlavə edib.

Qeyd edək ki, kənd sakinlərinin etirazından sonra əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.



Geri qayıt