Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - VİDEO
- 25-11-2023, 11:17
- 375
Nazirlikdən verilən məlumata görə, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 15 nəfəri Vətən müharibəsinin iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.