Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışı - VİDEO
- 23-01-2022, 12:00
- 685
Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.
Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.
Təlim toplanışı yanvarın 29-dək davam edəcək.