Binəqədi icra başçısı Elxan Allahverdiyevin 34 ailə ilə "soyuq" mübarizəsi- Video
- 24-02-2025, 17:26
- 226
Səbəb olduqca ilgincdir. XALQ.AZ-ın xəbərinə görə,bina sakinlərinin saytımıza verdiyi məlumata görə 34 ailənin yaşadığı bina İcra Hakimiyyəti tərəfindən qəzalı bina kimi qeydiyyata salınıb. İcra Hakimiyyəti sakinlərin binanı tərk etməsini tələb edir. Məhkəmə qərarı olmadan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin göstərişi ilə binada bütün komunal xidmətlər dayandırılıb. Ən gülməlisi odur ki, Binəqədi rayon İcra Hakimiyyəti çıxarışlı mənzillərə cəmi 32 min AZN məbləğ təklif edir. Binadan çıxmaq istəməyən sakinlər artıq 25 gündür ki, qaranlıq və soyuq otaqları tərk etmirlər. Hal- hazırda Bakıda havanın olduqca soyuq olması belə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin yumşaltmayıb. Bina sakinlərinin saytımıza təqdim etdiyi videonu sizə təqdim edirik: Veteninfo.az