“Məmmədoğulları” MMC sakinlərin QƏSDİNƏ DURUB... - Bu işin içindən də Hacı Ramazan ÇIXDI...
- 12-01-2024, 11:05
- 788
Qeyd edim ki, yaşadığımız evi 2011-ci ildə Hacı Ramazanın qardaşı Hacı İbrahimdən almışıq. “Məmmədoğulları” MMC-nin quraşdırdığı 35 min klv-luq elektrik trosfarmatorunda ötən illər ərzində bir neçə dəfə şiddətli partlayışlar baş verib. Partlayışlar daha çox yağmurlu günlərdə baş verir ki, bu da olduqca qorxulu anların yaşanmasına səbəb olur. Faktdır ki, Hacı Ramazanın bacısı qızıgil bizimlə qonşu idilər və onlar baş verən partlayışlardan ehtiyat edərək yaşadıqları evi satıb bu ünvandan köçdülər. Onu da bildirim ki, “Məmmədoğulları” MMC əməkdaşları elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırarkən, biz onların belə bir hərəkətinə qəti etirazımızı bildirdik. Həmin vaxtlarda MMC-nin əməkdaşları bizə “Hacı Ramazan tapşırıq verib, trosfarmatoru 20 gündən sonra o tərəfdə quraşdıracağıq” deyə vəd verdilər. Təəssüflər olsun ki, onlar belə bir fırıldaq əməlləri ilə bizi aldatmağı bacardılar. Belə bir problemlə bağlı “Azərişıq” ASC-nə müraciət etsəm də, bu yöndə də etdiyim müraciətin heç bir nəticəsi olmadı. Yəni, “Azərişıq” ASC-nin rəsmi şəxsləri mənə MMC-nin rəhbəri Hacı Ramazanla danışıb-barışmağı, bir sözlə problemin aradan qaldırılması üçün yalnız bu şəxslə danışıqlar aparmağı məsləhət gördülər. Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, bu gün ölkə rəhbəri İlham Əliyev cənablarına müraciət etmək məcburiyyətində qalmışam. Çünki, himayəmdə dörd azyaşlı övladım var və pəncərəmizdən iki metr aralı məsafədə quraşdırılmış 35 min klv-luq elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, bu gün övladlarımın da səhhətinə ciddi təsir edir. Faktdır ki, onlar böyüdükcə olmazın problemlərlə üzüzə qalacaqlar”.
Bəli, gundemxeber.az xəbər portalı olaraq redaksiyamıza daxil olan belə bir müraciət əsasında qeyd olunan ərazidə olduq və müraciət müəllifi Koroğlu Paşayevin qeyd etdiyi faktın doğruluğunu gözlərimizlə gördük. Ümidvarıq ki, müraciət müəllifinin İlham Əliyev cənablarına ünvanladığı müraciəti, ölkə rəhbərinə etdiyi xahiş “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədov və “Məmmədoğulları” MMC-nin rəhbəri Hacı Ramazan tərəfindən diqqətdə saxlanacaq və altı nəfərdən ibarət bir ailənin üzüzə qaldığı problem qısa zaman kəsiyində aradan qaldırılacaq. Əgər problemin aradan qaldırılmasına cavabdehlik daşıyanlar bundan sonra da sayğısızlıq göstərməkdə davam edərlərsə, o halda bunu təkcə Koroğlu Paşayevin özünə və ailə üzvlərinə qarşı sayğısızlıq kimi deyil, eyni zamanda vətəndaşın ölkə rəhbərinə ünvanladığı müraciətə də sayğısızlıq kimi dəyərləndirilməlidir. Qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(Gundemxeber)
Mövzuya qayıdacağıq.