SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » “Windows 10” kompüteri avtomatik bağlayacaq

“Windows 10” kompüteri avtomatik bağlayacaq

Tarix:

16-01-2017, 22:38

/ 1 516 dəfə oxundu.
“Windows 10” kompüteri avtomatik bağlayacaq

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminə istifadəçi fərdi kompüterdən uzaqlaşanda onu avtomatik bloklamağa imkan verəcək "Dynamic Lock" adlanan funksiya üzərində çalışır

"ICTnews"a istinadən xəbər veririk ki, funksiya yeni sınaq "Windows 10 Microsoft" quraşdırmasında yer alıb. Əməliyyat sistemi istifadəçinin iş yerini tərk etməsini aşkarladığı halda kompüteri avtomatik bağlayan "Dynamic Lock" funksiyasının adının gələcəkdə "Windows Goodbye" olacağı ehtimal edilir.
Hazırda istifadəçinin kompüterin qarşısını tərk etməsinin necə müəyyənləşdirilməsi barədə məlumat verilmir. Bu, yaxınlaşma ötürücülərinə əsaslanma və ya kompüterin istifadəçiyə "Windows Hello" vasitələri ilə quraşdırılmış kamera ilə nəzarət edəcəyilə mümkündür.

Funksiyanın kompüterdə məxfi informasiya saxlayan və tez-tez ondan uzaqlaşan ofis işçiləri üçün faydalı olacağı bildirilir.

"Dynamic Lock" funksiyasının təqdim edilməsi bu ilin aprelində gözlənilən gələcək "Windows 10 Creators Update" yenilənməsinin tərkib hissəsi olacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ