SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » İnternetə “iPhone 8” barədə vacib məlumatlar sızdırılıb

İnternetə “iPhone 8” barədə vacib məlumatlar sızdırılıb

Tarix:

19-01-2017, 20:45

/ 1 791 dəfə oxundu.
İnternetə “iPhone 8” barədə vacib məlumatlar sızdırılıb

Bu il “Apple”şirkəti “iPhone” modelinin 3 versiyasını təqdim edəcək.

Məlumata görə, “Technote” “Appleinsider”ə istinadən xəbər verir ki, 4,7 və 5,5 inç ekrana sahib modellər bazardakı “iPhone 7” və “iPhone 7 Plus” modellərini əvəz edəcək.

Lakin marağı cəlb edəcək versiya 5,8 inç ekrana sahib “iPhone 8” modeli olacaq. Nəşr yazır ki, həmin model ekranla “bükülü” olacaq:

“Mütəxəssislərin fikrincə, bu halda “bükülü” sözünün hansı mənada işləndiyini qeyd etmək çətindir. Bu, istənilən versiya ola bilər. Sadəlik üçün 5,8 inç-lik modeli, “iPhone X” adlandırırlar. O, digər modellərdən də çox fərqlənəcək.

Çox güman ki, “iPhone X”-in ekranı çərçivəsiz olacaq. “Touch ID” barmaq izi skanı, selfie və “FaceTime” videoəlaqə özəlliyinə sahib olacağı da planlaşdırılır. Ön kameranın birbaşa ekrana inteqrasiya olunacağı gözlənilir.

Bundan əlavə, ön kamera həmçinin göz qişası skanına və jestlərin idarəolunması üçün nəzərdə tutulmuş lazer sensora sahib olacaq. Ən əsası isə yeni model, naqilsiz şarj funksiyası ilə təchiz olunacaq”, - deyə “Appleinsider” yazıb.

Şərhlər

XƏBƏR LENTİ