SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » “Facebook” musiqili olacaq

“Facebook” musiqili olacaq

Tarix:

20-04-2017, 13:38

/ 59 651 dəfə oxundu.
“Facebook” musiqili olacaq

“Facebook” şirkəti bildirib ki, yaxın zamanlarda sosial şəbəkədə musiqi xidmətləri yaradılacaq

Məlumata görə, “Facebook” şirkətinin əməkdaşları tərtibatçıların konfransında bildiriblər ki, sosial şəbəkədə musiqi xidmətlərinin tətbiq edilməsi üzərində çalışırlar. Xidmətlərin işə başlayacağı dəqiq tarixlər məlum deyil.

“Facebook”da quraşdırılacaq ilk musiqi xidmətinin tərtibatçılar “Spotify” olacağını qeyd ediblər. Əlavədə istifadəçinin konkret həvəsinə uyğun kompozisiyaları seçmək imkanı yaradılacaq. Bundan sonra isə sosial şəbəkəyə “Apple Music” xidməti tətbiq ediləcək.

“Facebook” istifadəçiləri indi də dostları üçün musiqi paylaşa bilirlər. Ancaq sosial şəbəkədə trekləri digər saytlara keçid etdikdən sonra dinləmək mümkün olur

Şərhlər

XƏBƏR LENTİ