SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » “Instagram”a yeni funksiya əlavə olundu

“Instagram”a yeni funksiya əlavə olundu

Tarix:

11-12-2018, 13:32

/ 4 138 dəfə oxundu.
“Instagram”a yeni funksiya əlavə olundu

“Instagram” sosial şəbəkəsinə səsli ismarıclar göndərməyə imkan verən yeni funksiya əlavə olunub.

Bu haqda məlumat servisin rəsmi “Twitter” hesabında paylaşılıb.

“Bu gündən başlayaraq siz “Direct”də (“Instagram” istifadəçiləri arasında ani məlumat mübadiləsi üçün istifadə olan daxili servis) səsli ismarıclar göndərə biləcəksiniz”, - deyə məlumatda qeyd olunur.

Səsli ismarıcı göndərmək üçün “Direct”də mikrofon şəkli olan düyməni sıxıb saxlamaq və ismarıcı səsləndirmək lazımdır. Audiomesajın icazə verilən maksimal uzunluğu bir dəqiqə təşkil edir.

Şərhlər

XƏBƏR LENTİ