SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » “Facebook”dan vacib addım - Qadağalar başladı

“Facebook”dan vacib addım - Qadağalar başladı

Tarix:

5-04-2018, 09:50

/ 4 337 dəfə oxundu.
“Facebook”dan vacib addım - Qadağalar başladı

“Facebook” kənar tədbiqlərə istifadəçilərin məlumatlarının əldə edilməsinə məhdudiyyətlər qoyacaq.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu gündən etibarən “Facebook” (API) proqram interfeysi istifadə edən tədbiqlər qonaqlar siyahısına və “hadisə divarında” dərc edilən postlara giriş əldə edə bilməyəcək.

Gələcəkdə yalnız tərəfimizdən təsdiq edilən və ciddi tələblərə cavab verən tədbiqlər hadisəyə giriş əldə edə biləcək”,-deyə şirkətin yaydığı bəyanatında deyilir.

Sözügedən tədbirlər həmçinin istifadəçilərin daxil olduğu qruplara da şamil olunacaq.

Bundan əlavə “Facebook” istifadəçilərin dini və siyasi baxışlarını, münasibətlərinin vəziyyətini, dostlarının siyahısını, həmçinin təhsil və peşə fəaliyyətlərini əks etdirən məlumatlara girişi qadağan edəcək.

Şərhlər

XƏBƏR LENTİ