SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » “Facebook” siyasi reklamları nəzarətə götürür

“Facebook” siyasi reklamları nəzarətə götürür

Tarix:

28-10-2017, 14:25

/ 110 934 dəfə oxundu.
“Facebook” siyasi reklamları nəzarətə götürür

“Facebook” siyasi reklam sifarişçiləri barədə operativ şəkildə informasiya əldə etməyə imkan verən yeni mexanizmi sınaqdan keçirir

Bunu sosial şəbəkənin qurucusu və rəhbəri Mark Zukerberq deyil. O bildirib ki, şirkət sosial şəbəkədə reklam yerləşdirməyin yeni qaydaları üzərində işləyir və əsas dəyişikliklər siyasi reklamlarla bağlı olacaq. “Siyasi reklamları verənlərin identifikasiyası üçün onlar özləri barədə daha çox informasiya verməli olacaq. Daha sonra onlar ödənişi kimin etdiyini açıqlamalıdır”, - deyə Zukerberq söyləyib.

“Facebook” qeyri-siyasi reklamlar sahəsində də şəffaflığa nail olmağa çalışacaq. Tezliklə sosial şəbəkədə yeni funksiya işə salınacaq ki, onun vasitəsilə istifadəçilər seçdikləri səhifələrin hansı reklamları sifariş etdiyini öyrənə biləcəklər. Siyasi reklamları verənlərin səhifələrində isə roliklərin yerləşdirilmə tarixçəsi və qiyməti, eləcə də reklamların hansı auditoriyaya yönəldiyini və kommunikasiyanın effektivliyini öyrənmək mümkün olacaq.

“Facebook” moderatorların sayını 1000 nəfər artıracaq və siyasi reklamların müəyyənləşdirilməsi üçün maşın təlimindən istifadə edəcək.

Qeyd edək ki, “Facebook” administrasiyası sentyabr ayında son 2 il ərzində sosial şəbəkədə Rusiyaya bağlı səhifələrin siyasi xarakterli reklamlar yerləşdirdiyini bildirib. Reklamlar xüsusən ABŞ-dakı prezident seçkiləri ərəfəsində yayılıb. Məlum olub ki, 2015-ci ilin iyunundan 2017-ci ilin mayına qədər 470 səhifə vasitəsilə 100 min dollarlıq reklam-elan yerləşdirilib. “Facebook” bu barədə məlumatları ABŞ Konqresinə təqdim edib.

Şərhlər

XƏBƏR LENTİ