SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » “Twitter” limiti artırır

“Twitter” limiti artırır

Tarix:

27-09-2017, 14:53

/ 54 676 dəfə oxundu.
“Twitter” limiti artırır

“Twitter” mikrobloqlar xidməti məlumatlardakı limitin 280 işarəyə qədər artırılması üzərində işləyir.

Hazırda “Twitter”dəki məlumatlar 140 işarə ilə məhdudlaşır.

Şirkətin məlumatında deyilir ki, hələlik “Twitter” yeni funksiyanı test rejimində kiçik bir istifadəçi əhatəsi üçün işə salıb.

Bu yeniliyin həyata keçirilməsi digər dillərlə müqayisədə, yapon, çin və Koreya dillərində olan "twit"lərdə 140 işarədə daha çox məlumatın ötürülməsi ilə izah edilir.

“Biz bilirik ki, planetdəki hər bir insan özünü “Twitter”də asanlıqla ifadə edə bilir. Bunun üçün də biz yenilik tətbiq edirik. Biz bu limiti 280 işarəyə qədər artıracağıq”, - deyə məlumatda bildirilir.

Şərhlər

XƏBƏR LENTİ