SON DƏQİQƏ
XalqXeber.Az » Texnologiya » “WhatsApp”da yeni kompüter virusu yayılır

“WhatsApp”da yeni kompüter virusu yayılır

Tarix:

12-09-2017, 13:57

/ 54 621 dəfə oxundu.
“WhatsApp”da yeni kompüter virusu yayılır

Kibercinayətkarlar “WhatsApp” messenceri vasitəsilə növbəti kompüter virusunu yayıb.

İstifadəçilərə şübhəli keçidlər göndərilir ki, onlar da real təhlükə yaradan əlavələrə keçid verir.

Belə ki, son zamanlar çoxsaylı “WhatsApp” istifadəçiləri guya tərtibatçılar tərəfindən göndərilən “sistem” məlumatları almağa başlayıblar. Orada isə hətta internetə birbaşa qoşulma olmadan messencerin fəaliyyətini dayandıra biləcək əlavəyə keçid mövcuddur. Qeyd edilən təhlükəli proqram təminatına keçid zamanı isə onun “aktiv” istifadəçi olduğunu təsdiqləməli olur. Bunun üçün o, “WhatsApp”dan olan on insana və ya üç qrupa məlumat göndərməlidir. Qurban spamı göndərən kimi əlavəni yükləməli olur ki, həqiqətdə isə bu əlavə təhlükəli troyan virusdur.

Tərtibatçılar isə vətəndaşlara xəbərdarlıq ediblər ki, qeyd edilən keçidlərə heç bir aidiyyətləri yoxdur.

Şərhlər

XƏBƏR LENTİ